AZ

“Manqistau vilayətinin ticarət potensialı” mövzusundakı tədbirdə Azərbaycan da iştirak edib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aktau şəhərində “Manqistau vilayətinin ticarət potensialı” mövzusunda beynəlxalq forum keçirilib.

Tədbirdə Türkiyə, Türkmənistan, Özbəkistan, İran Baş Konsulluqlarının rəhbərləri, o cümlədən Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlı, ölkəmizdən gələn qonaqlar, Qazaxıstan dövlət strukturlarının nümayəndələri iştirak edib.   

Tədbiri Manqistau vilayət akiminin müavini Tilek Jetkizqenulı  vilayətin nəqliyyat-logistika imkanları, ticarət infrastrukturunun inkişafı, ixrac potensialının artırılması, kiçik və orta biznesin rəqabətə davamlılığının yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb, forumun təkcə vilayətin deyil,  bütün ölkə iqtisadiyyatının inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. 

Aktau şəhərində akkreditə olunmuş Türkiyənin, Türkmənistanın, Özbəkistanın, İranın Baş Konsulluqlarının rəhbərlərinə, o cümlədən Azərbaycanın Aktau şəhərindəki baş konsulu Ayxan Süleymanlıya  vilayətin sosial-iqtisadi inkişafında fəal iştiraklarına görə təşəkkür məktubları təqdim edilib.

Forum çərçivəsində iki istiqamət üzrə panel sessiyaları keçirilib. Birinci panel sessiyası “İxrac potensialı”, ikinci sessiya isə “Maliyyə dəstək alətləri” mövzusuna həsr olunub. Sessiyalarda kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün yeni mexanizmlər və Qazaxıstan İxrac-Kredit Agentliyinin təqdim etdiyi dəstək alətləri müzakirə edilib.

Forum çərçivəsində həmçinin yarmarka da təşkil olunub. Baş Konsulluğun təşkilatçılığı ilə bu yarmarkada ölkəmizi “KazFruit” şirkəti və “Grandmart” marketi təmsil edib, ziyarətçilərə dadlı meyvələrimiz və ölkəmizdə istehsal olunan ərzaq məhsulları təqdim olunub.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Aktau

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
3
xalqqazeti.az

4Mənbələr