Azərbaycandan bu ilin yanvar-oktyabr aylarında Çexiyaya cəmi 1 milyon 307,9 min ton neft ixrac edilib.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Çexiyaya ixrac edilmiş neftin dəyəri isə 701,4 milyon dollar olub.
Son bir il ərzində ixracın həcmində 126 min ton (8,8%), dəyərində isə 199 milyon dollar (22%) azalma baş verib.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayında isə Azərbaycan Çexiyaya 900,8 milyon dollar dəyərində 1 milyon 433,8 min ton neft ixrac etmişdi.
Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə görə Çexiyaya ixrac edilmiş neftin orta hesabla 1 tonunun dəyəri 536 dollar olub ki, bu da 2024-cü ilin müvafiq göstəricisinə görə 92 dollar (14,6%) azdır. Ötən ilin müvafiq dövründə bu göstərici 628 dollara bərabər olub.
Xam neftin ixrac olunduğu ölkələrin siyahısında Çexiya 2025-ci ildə 2-ci, 2024-cü ildə də 2-ci yerdə olub.