Qvineya-Bisauda 26 noyabrda hərbi çevriliş baş verib.
Musavat.com xəbər verir ki, İzvestiya nəşrinin məlumatına görə, ölkənin prezidenti, Baş Qərargah rəisi və daxili işlər naziri hərbçilər tərəfindən saxlanılıb. Ordu rəhbərliyi bəyan edib ki, ölkə tam olaraq onların nəzarətinə keçib.
Məlumata görə, çevriliş prezident və parlament seçimlərindən cəmi üç gün sonra baş verib. Hərbçilər seçki prosesini dərhal dayandırıb, ölkənin bütün sərhədlərini bağlayıblar. Paytaxt Bisaqoda – prezident sarayının və Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında atəş səsləri eşidilib.
Ölkədə komendant saatı elan edilib, dövlət qurumlarının fəaliyyəti tam dayandırılıb.
Qeyd edək ki, noyabrın 23-də Qvineya-Bisauda prezident və parlament seçkiləri keçirilmişdi. 12 namizəd arasında ikinci müddətə namizədliyini irəli sürən hazırkı prezident Umaru Sisoku Embalo və onun əsas rəqibi – keçmiş prezident Joze Mariu Vaş da var idi.
Seçkilərin ilkin nəticələrinin 27 noyabrda açıqlanması nəzərdə tutulsa da, həm Umaru Sisoku Embalo, həm də digər namizəd Fernandu Diaş vaxtından əvvəl özlərini qalib elan etmişdilər.
Şahanə Rəhimli
Musavat.com