Stiven Uitkoffun Yuri Uşakovla danışıqlarının stenoqramları dərc edildikdən sonra onu vəzifədən uzaqlaşdırmaq çağırışları Ukraynada sülh yolu ilə nizamlanmaya yönəlmiş səyləri pozmağa hesablanıb.
Sitat.info xəbər verir ki, bu açıqlama ilə Kreml sözçüsü Dmitri Peskov çıxış edib.
“Əvvəlcə deməliyəm ki, orada elə də qorxulu heç nə yoxdur. Elə prezident Trampın özü də, yeri gəlmişkən, Uitkoffu dolayı yolla müdafiə edib – bu, adi danışıqlar aparan şəxsin işidir.
Yəqin ki, indi ortaya çıxan və Uitkoffun istefasını tələb edənlər ilk növbədə hazırda sülh danışıqları vasitəsilə nizamlanmaya çıxış üçün mövcud olan təvazökar meylləri pozmağa hesablanıb. Şübhəsiz, bu prosesi pozmaq üçün heç nədən çəkinməyəcək çox adam peyda olacaq”, – Peskov vurğulayıb.
Qeyd edək ki, “Blumberq” agentliyi Uşakov, Dmitriyev və Uitkoffun telefon danışıqlarının iki transkriptini dərc edib.