ain.az, Sitat.info saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qvineya-Bisaunun hazırkı Prezidenti Umaru Sissoko Embalo ölkədə baş verən hərbi çevriliş zamanı prezident sarayında həbs edildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, bu barədə “Jeune Afrique” nəşri məlumat yayıb.
Embalonun sözlərinə görə, onu saxlayan hərbçilər tərəfindən fiziki zorakılıq tətbiq olunmayıb. Nəşr bildirir ki, prezidentlə birlikdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Byage Na Ntan, onun müavini general Mamadu Ture və daxili işlər naziri Boçe Kande də həbs edilib.
Qeyd edək ki, AFP agentliyi bundan əvvəl prezident sarayının yaxınlığında atışma səslərinin eşidildiyini xəbər vermişdi.
Xatırladaq ki, Qvineya-Bisauda 23 noyabrda ümumi seçkilər keçirilib və Embalo özünü qalib elan edib. Rəsmi nəticələrin açıqlanması isə 27 noyabr üçün planlaşdırılıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.