AZ

Şimal-Cənub dəhlizinin inkişafı üzrə Memorandum imzalanıb

Bakı. Trend:

25 noyabrda Bakıda “AZCON Holding” şirkətlərindən olan“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sədri Rövşən Rüstəmov, “RusiyaDəmir Yolları” ASC-nin baş direktoru və İdarə Heyətinin sədri OleqBelozyorov və İran İslam Respublikası Dəmir Yollarının rəhbəriCabbar Əli Zakeri arasında üçtərəfli görüş baş tutub.

Trend xəbər verir ki, bubarədə ADY məlumat yayıb.

Bildirilir ki, görüşdə nəqliyyat-logistika sahəsindəəməkdaşlığın perspektivləri, xüsusilə hər üç ölkənin ərazisindənkeçən Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tranzitimkanlarının genişləndirilməsi və bu istiqamətdə atıla biləcəkmüvafiq addımlar müzakirə edilib.

Şimal-Cənub dəhlizinin Azərbaycandan keçən hissəsində görülənişlər barədə məlumat verilib. Qeyd olunub ki, Sumqayıt–Yalama dəmiryolu xəttinin yenidən qurulması işləri ilin sonunadək başaçatdırılacaq. Həmçinin ADY tərəfindən İran ərazisində AstaraTerminalının inşası davam etdirilir, terminalın tikintisi 2026-cıilin 1-ci rübündə tamamlanacaq.

Tərəflər “Şimal-Cənub dəhlizinin qərb marşrutu üzrərəqabətqabiliyyətli birbaşa tariflərin formalaşdırılması vəlogistik xidmətlərin inkişafı barədə Memorandum”u imzalayıblar.

Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid komplekstarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların təşkilini vədaşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdə tutur. Bumexanizmlərin həyata keçirilməsi Azərbaycan, Rusiya və İranarasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdənsəmərəli logistika zəncirinin qurulmasına imkan verəcək.

Memorandum Azərbaycan, Rusiya və İranın beynəlxalq nəqliyyatdəhlizlərində etibarlı iştirakçı kimi mövqeləriningücləndirilməsini və regionda tranzit axınlarının davamlı artmasıüçün əlverişli şəraiti təmin edəcək.

Seçilən
123
7
az.trend.az

10Mənbələr