Bakı. Trend:
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin şərq marşrutundayerləşən ölkələr vahid yükdaşıma rüsumunu tətbiq edə bilərlər.
İranın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Bakıdakeçirilən MDB Dəmir Yolu Nəqliyyatı Şurasının 83-cü iclasıçərçivəsində İranın yol və şəhərsalma nazirinin müavini və DəmirYolları Şirkətinin icra direktoru Cabbar Əli Zakeri və QazaxıstanDəmir Yolu Milli Şirkətinin idarə heyətinin sədri TalqatAldıbergenovla görüşdə deyib.
Onun sözlərinə görə, bununla əlaqədar ölkələr arasındaəməkdaşlığın artacağı gözlənilir.
Zakeri qeyd edib ki, İran, Türkmənistan və Qazaxıstan arasındayükdaşıma üzrə əməkdaşlıqlar inkişaf etməkdədir və bu dayükdaşımaların artması ilə nəticələnəcək.
Görüşdə Qazaxıstanın Dəmir Yolu Milli Şirkətinin idarə heyətininsədri Talqat Aldıbergenov da bildirib ki, Qazaxıstan, Rusiya,Türkmənistan və İran arasında dəmiryolu və yükdaşıma sahəsindəimzalanan anlaşma memorandumunu müsbət qiymətləndirib.
Qeyd edək ki, bu gün Bakıda MDB Dəmir Yolu Nəqliyyat Şurasının83-cü iclası keçirilib. İclasda müzakirələrin əsas mövzusunu MDBdəmir yolu şəbəkəsinin 2025-ci ilin ilk doqquz ayındakı fəaliyyəti,beynəlxalq sərnişin daşımalarının inkişafı, beynəlxalq daşımalarüçün yük və konteyner qatarlarının formalaşdırılması, beynəlxalqnəqliyyat dəhlizlərinin inkişafı, 2026-cı il üçün beynəlxalqyükdaşıma tarifi siyasəti, maliyyələşmə, elmi-tədqiqat vətəkmilləşdirmə proqramları və digər məsələlər təşkil edib. Sondaiştirakçılar protokol imzalayıblar.