AZ

Bakıda SPE 2025 Xəzər Texniki Konfransının açılışı olub FOTOLAR

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

AzVision.az xəbər verir ki, tədbiri açan SOCAR-ın vitse-prezidenti Babək Hüseynov çıxışında Azərbaycanın qlobal enerji sənayesində bir əsrdən artıq liderliyini, Xəzərin strateji rolunu və sənayenin qarşıdakı mərhələdə innovasiya ehtiyacını vurğulayıb. Babək Hüseynov 30-dan çox ölkədən 100 şirkəti təmsil edən 500-dən çox mütəxəssisin Bakıda toplaşmasının regiona olan beynəlxalq etimadın göstəricisi olduğunu bildirib. Vitse-prezident rəqəmsallaşma, süni intellekt, avtomatlaşdırma və yeni texniki bacarıqların gələcək inkişaf üçün həlledici olacağını qeyd edib. Konfrans plenar sessiyalar, texniki bölmələr ilə davam etdirilir. Tədbir çərçivəsində SPE regional mükafatları təqdim olunub. AzVision.az

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
2
azvision.az

3Mənbələr