AZ

Rəşt Astara dəmir yolunun tikintisinə Novruz Bayramından sonra başlanılacaq

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Rəşt-Astara dəmir yolunda tikinti işlərinin gələn Novruz Bayramından sonra başlanılacağı gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Report-a açıqlamasında "İran Dəmir Yolları"nın rəhbəri Cabbar Əli Zakeri bildirib.

O qeyd edib ki, Rəşt-Astara dəmir yolunun inşasında əsas məsələ həmin xəttin keçdiyi ərazinin satın alınması ilə bağlıdır: "164 kilometrlik həmin ərazinin 95 kilometri satın alınıb. Hər həftə həmin ərazinin 3 kilometri satın alınır ki, həmin istiqamət dəmir yolunun çəkilməsi üçün azad olsun və Rusiya şirkəti tikinti işlərinə başlasın".

O qeyd edib ki, həmin ərazini gələn ilin Novruz Bayramına qədər təhvil alınacaq və "Rusiya Dəmir Yolları" ASC-yə təhvil verməyi planlaşdırılır: "Rusiya Dəmir Yolları" hazırda layihələndirmə işlərini aparır. Rusiyalı mühəndislər həmin ərazidə araşdırmalar aparırlar. Onlar xüsusilə geotexniki araşdırmalar aparırlar. Novruz Bayramından sonra icra işlərinə başlanılması planlaşdırılır".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
4
bakivaxti.az

5Mənbələr