AZ

Azərbaycan, İran və Rusiya arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

MDB Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən 83-cüiclası çərçivəsində Azərbaycan, İran və Rusiyaarasında Anlaşma Memorandumu imzalanıb.

Trend xəbərverir ki, memorandumun imzalanması uzunmüddətli üçtərəfliəməkdaşlığın inkişafında və “Şimal–Cənub” marşrutunun qərbistiqamətinin effektivliyinin artırılmasında mühüm addımolacaq.

Sənəd tarif yanaşmalarının uzlaşdırılmasını, vahid komplekstarifin formalaşdırılmasını, müntəzəm blok-qatarların buraxılmasınıvə daşımalar üzrə prosedurların təkmilləşdirilməsini nəzərdətutur.

Bu mexanizmlərin həyata keçirilməsi Rusiya, Azərbaycan və İranarasında daha proqnozlaşdırıla bilən, sürətli və iqtisadi cəhətdənsəmərəli logistika zəncirinin qurulmasına imkan verəcəkdir.Ümumilikdə, bu razılaşma tərəflərin beynəlxalq nəqliyyatdəhlizlərində etibarlı iştirakçı kimi mövqelərini gücləndirir vəregionda tranzit axınlarının davamlı artması üçün əlverişli şəraityaradır.

Seçilən
82
36
az.trend.az

10Mənbələr