AZ

Opera və Balet Teatrının təmiri nə yerdədir?

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təmir ilə bağlı yerli və xarici mütəxəssislərin cəlb olunması istiqamətində iş aparılır.

Globalinfo.az xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib.

O bildirib ki, ümumi bərpa işlərinin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün həm yerli, həm də xarici aparıcı mütəxəssislərin cəlb olunması üzrə genişmiqyaslı hazırlıq görülür.

“Hazırda səhnə və arxa səhnə hissəsində demontaj işləri mərhələli şəkildə və texniki nəzarət altında icra olunur. Bu, əsaslı yenidənqurma prosesinin ən məsuliyyətli mərhələlərindən biridir. Mütəxəssislərin rəyləri, texniki ekspertizalar və beynəlxalq teatr standartlarına uyğun tələblər nəzərə alınmaqla icraçı təşkilat artıq müəyyən edilib. Bu qərar yenilənmə prosesinin növbəti mərhələyə daha operativ və peşəkar keçidini təmin edir”, – deyə o qeyd edib.

Aynur Kərimova onu da bildirib ki, hazırkı işlərin bütün istiqamətləri teatrın tarixiliyinə xələl gətirmədən, onun funksionallığını, səhnə imkanlarını və texniki infrastrukturunu müasir dünya teatrlarının səviyyəsinə yüksəltməyə xidmət edir: “Bu layihə həm ölkənin mədəni potensialının gücləndirilməsi, həm də Opera və Balet Teatrının uzunmüddətli inkişafı baxımından strateji əhəmiyyət daşıyır”.

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının binasının əsası XX əsrin əvvəllərində qoyulub. Belə ki, 1910-cu ildə Bakı milyonçuları olan Mayılov qardaşlarının təşəbbüsü ilə binanın tikintisinə başlanılıb. Cəmi 10 ay ərzində memar N.Q.Bayevin layihələşdirdiyi binanın tikintisi yekunlaşıb.

Qeyd edək ki, teatr binası sonuncu dəfə 1987-ci ildə əsaslı təmir olunub. 2022-cü ildə isə teatrda yenidən təmir işlərinə başlanılıb. Bu səbəbdən teatrın tamaşaları əsasən, Bakı Musiqi Akademiyası nəzdində fəaliyyət göstərən Opera Studiyasında, Heydər Əliyev Sarayı və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında nümayiş etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
7
globalinfo.az

8Mənbələr