Bakı. Trend:
Azərbaycan 2026-cı ilə qədər Horadiz-Ağbənd dəmir yolu xəttiniErmənistan sərhədinə qədər çatdırmağı planlaşdırır.
Trend xəbər verirki, bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri RəşadNəbiyev MDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıdakeçirilən 83-cü iclasının gedişində bildirib.
Onun sözlərinə görə, Şərq-Qərb istiqamətində, o cümlədənZəngəzur dəhlizinin həyata keçirilməsi istiqamətində mühümirəliləyiş əldə olunub. Nazir vurğulayıb ki, bu marşrut yalnızşimal-qərb vektorunun yox, həm də Şimal-Cənub dəhlizinin vacibelementi hesab olunur.
“Hazırda illik 15 milyon tona qədər buraxıcılıq qabiliyyəti olanHoradiz–Ağbənd dəmir yolu xəttinin tikintisi fəal şəkildə davamedir. Bu xətti artıq 2026-cı ildə Ermənistan sərhədinə çatdırmağıplanlaşdırırıq”, – deyə o bildirib.
R.Nəbiyev qeyd edib ki, paralel olaraq Azərbaycan Naxçıvanərazisindən keçən 188 kilometrlik dəmir yolu seqmentinin bərpasıüzərində iş aparır.
“Bu magistralın layihələndirmə mərhələsini başa çatdırmaqüzrəyik və yaxın zamanda tikinti işlərinə başlayacağıq”, – deyənazir əlavə edib.