AZ

“Bu yumurtalardan insanlar ciddi xəstəliklərə tutula bilərlər...” - Ekspert

“Yumurtalar ümumiyyətlə yeddi günə qədər dietik yumurta adlanır, ən bahalı yumurta hesab olunur və yumurtanın diametri kiçik olduqda müəyyən olunmuş standarta uyğun olmayanda satışa çıxarılmamalıdır”. 

Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

Onun sözlərinə görə, yeddi gündən sonra bu yumurtalar süfrə yumurtası adlanır və nisbətən ucuz qiymətə olur:

“Başqa ərzaq malları kimi yumurtanın da üzərində və yaxud da qutusu üzərində buraxılma  və son yararlılıq tarixi mütləq göstərilməlidir. Bu yeyinti məhsulları haqqında qanunun tələblərindən biridir. Əlbəttə, biz bilməliyik ki, yumurtalar insanları tez zəhərləyə bilən ciddi və təhlükəli bakteriyalar ilə zəngin ola bilər. Çox vacibdir ki, bu tarix yumurtanın özünün üzərində olsun. Hansı firma ki, bunları göstərmir əlbəttə, bu istehlakçı hüquqlarının pozulmasıdır və insanlar bundan ciddi xəstəliklərə tutula bilərlər. Belə hallarla qarşılaşdıqda istehlakçılar “1003” qaynar xətti ilə AQTA-nə məlumat vermələrini tövsiyə edirəm”. 

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu feysbuk hesabında paylaşımı zamanı “Tac” firmasına məxsus yumurtaların üzərində istehsal və son yararlılıq tarixi olmadan satıldığını bildirib. 

Vasif ƏLİHÜSEYN

Seçilən
6
1
adalet.az

2Mənbələr