Bakı. Trend:
Azərbaycan 2028-ci il yanvarın 1-dən Şimal-Cənub marşrutu üzrəyük dövriyyəsini illik 5 milyon tona çatdırmağı planlaşdırır.
Trend xəbərverir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad NəbiyevMDB ölkələrinin Dəmir Yolu Nəqliyyatı Şurasının Bakıda keçirilən83-cü iclasında çıxışı zamanı bildirib.
Nazir xatırladıb ki, ötən il Azərbaycan və Rusiya Şimal-Cənubbeynəlxalq nəqliyyat dəhlizi çərçivəsində tranzit daşımalarıninkişafı üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd dəmiryolu infrastrukturunun mərhələli şəkildə modernləşdirilməsi və yükdövriyyəsinin tədricən artırılmasını nəzərdə tutur.
“Misal üçün, 2028-ci il yanvarın 1-dən bu marşrut üzrə dövriyyəsəviyyəsini 5 milyon tona çatdırmağı planlaşdırırıq, gələcəkdə isəildə 15 milyon tonadək artırmağı hədəfləyirik”, – deyə obildirib.
R.Nəbiyev qeyd edib ki, dəhlizin Azərbaycan hissəsindəinfrastrukturun yenilənməsi işləri fəal şəkildə davam edir – cariilin sonuna qədər Sumqayıt–Yalama xəttinin yenidən qurulması başaçatdırılacaq.