AZ

Bakıda SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb

Bakı.Trend:

Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİbayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxssaxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyatlarlaAbdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digərşəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işibaşlanılıb.

İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi vəayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halındafəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsimüəyyən olunub.

Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanıkommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar,bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər vədigər elektron cihazlar aşkarlanaraq götürülüb.

Məqalədə:
Seçilən
39
48
az.trend.az

10Mənbələr