ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna danışıqları ilə bağlı növbəti səs-küylü açıqlama verib.
Musavat.com-un məlumatına görə o bəyan edib ki, sülh razılaşması üçün hər iki tərəf müəyyən güzəştlərə getməlidir, lakin Rusiyanın əsas güzəşti artıq bəllidir-Moskvanın döyüşləri dayandırmağa razı olması.
Jurnalistin “Rusiyanın konkret güzəşti nədən ibarətdir?” sualına cavab olaraq Tramp belə deyib:
“Onlar artıq güzəşt edirlər. Onların ən böyük güzəşti döyüşləri dayandırmaları və daha çox ərazi ələ keçirməmələridir… Ukrayna çox daha kiçik ölkədir, əhali baxımından da xeyli kiçikdir. Onlar çoxlu itki veriblər. Rusiya da çox itirib, amma onun insan resursu çox böyükdür".
Trampın bu fikri Qərb analitikləri arasında geniş rezonans yaradıb. Çünki o, ilk dəfə olaraq Moskvanın “müharibəni dayandırmağa hazır olmasını” Rusiyanın kompromis addımı kimi təqdim edir.
Musavat.com