AZ

II Qaregin açıq hücuma keçdi: Paşinyanın yanında olanlar tövbə etməsələr...

Dünən Ermənistanda yepiskopların yığıncağı keçirilib.

Publika.az “Hraparak” nəşrinə istinadla xəbər verir ki, yığıncaqda kilsədəki mövcud vəziyyət və gələcək tədbirlər müzakirə edilib.

Bildirilir ki, Erməniostanın Baş naziri Nikol Paşinyanla birlikdə liturgiyada iştirak edən Vayots Dzor və Masyatsotn yeparxiyasının primatları da orada olub. Görüşdən sonra məlum olub ki, Erməni Apostol Kilsəsinin rəhbərliyinin mövqeyi kifayət qədər sərt olub: heç bir güzəştə getməmək və liturgiya pozuntularını bağışlamamaq qərara alınıb.

Qeyd edilib ki, qanun pozuntusuna yol verən kahinlər və Paşinyanla liturgiyalarda iştirak edən yeparxiya rəhbərləri tövbə etməsələr, onlar vəzifədən uzaqlaşdırılacaqlar. İndi hamı onların tövbə ifadələrini gözləyir.

Seçilən
61
publika.az

1Mənbələr