AZ

İcmal: Rusiya və Ukrayna arasında sülhü Boris Conson pozdu

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson 2022-ci ilin yazında Rusiya və Ukraynanın sülh razılaşmasına nail ola bilməməsində əsas rol oynayıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya quru qüvvələrinin rəsmi jurnalı olan “The British Army Review” jurnalının son sayında hərbi tarix professoru Aleksandr Hillin məqaləsində deyilir.

“Boris Conson 2022-ci ilin yazında Rusiya və Ukrayna arasında hər hansı sülh razılaşmasının qarşısının alınmasında böyük rol oynadığı üçün - və səbəbsiz deyil, - geniş şəkildə qiymətləndirilir”, - nəşr yazır.

Müəllif qeyd edir ki, Rusiya dairələrində NATO-nun Yuqoslaviya və Liviyadakı əməliyyatlarını nəzərə alaraq, Londonun Consonun rəhbərliyi altında tutduğu mövqe çaşqınlıq doğurub və ikiüzlülük kimi dəyərləndirilib. Bundan əlavə, Britaniya hökumətinin hərəkətləri Böyük Britaniyanın özünün uzunmüddətli maraqlarına, xüsusən də Rusiya bazarlarına və enerji resurslarına çıxışına zidd olaraq qiymətləndirilir. 

Zeynəb Rzayeva

Seçilən
17
bakivaxti.az

1Mənbələr