AZ

"Qarabağ" "Napoli" səfərindən məğlub qayıdır

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.

Adalet.az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda reallaşan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb. Skott Maktominey adını tabloya yazdırıb. 72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətini alıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv VI turda, dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" kollektivini qəbul edəcək.

Seçilən
19
8
adalet.az

10Mənbələr