Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson 2022-ci ilin yazında Rusiya və Ukraynanın sülh razılaşmasına nail ola bilməməsində əsas rol oynayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Britaniya quru qüvvələrinin rəsmi jurnalı olan “The British Army Review” yazıb.
Hərbiçi Aleksandr Hillin məqaləsində deyilir ki, Rusiya dairələrində Londonun Consonun rəhbərliyi altında tutduğu mövqe çaşqınlıq doğurur və ikiüzlülük kimi dəyərləndirilirdi. Bundan əlavə, Britaniya hökumətinin hərəkətləri Londonun özünün uzunmüddətli maraqlarına, xüsusən də Rusiya bazarlarına və enerji resurslarına çıxışa zidd idi.
Fuad