ain.az, Unikal.az portalına istinadən məlumat yayır.
"Vaşinqtonun Ukrayna münaqişəsinin həlli üçün təqdim etdiyi plan 28 maddədən 22-yə endirilib".
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Floridaya uçuşu zamanı təyyarəsində jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Rusiya hərbi əməliyyatların dayandırılması və böyük ərazilər üzərində nəzarətdən imtina edilməsini müzakirə etməyə hazırdır, lakin ərazi məsələsi “ən mürəkkəb məsələlərdən biri” olaraq qalır. Bununla belə, o, razılığa gəlmək üçün qəti müddət qoymadığını açıqlayıb. Tramp əlavə edib ki, onun xüsusi nümayəndəsi Stiv Uitkoff gələn həftə Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.