Rusiya ordusu gecə Zaporojyeyə dronlarla zərbələr endirib.
Musavat.com xəbər verir ki, bu barədə Zaporojye Regional Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində yeddi çoxmərtəbəli binaya ziyan dəyib, 18 nəfər yaralanıb. Yaralıların əksəriyyəti qadınlardır.
“On iki qadın və altı kişi yaralanıb. Həkimlər bütün zəruri tibbi yardımı göstərirlər”, – Fedorov bildirib.
Hücum nəticəsində həmçinin bir neçə fərdi yaşayış evi, yataqxana, mağaza, yanacaqdoldurma məntəqəsi və bir müəssisə də zərər görüb.
Musavat.com