AZ

Bloomberg-in gizli danışıq ifşası: Vitkoff–Uşakov telefon söhbətinin təfərrüatları da üzə çıxdı

Bloomberg 14 oktyabrda — Ukrayna Prezidenti Zelenskinin son ABŞ səfərindən bir neçə gün əvvəl — baş tutmuş Siv Vitkoff ilə Yuri Uşakov arasında beş dəqiqəlik telefon danışığının tam mətnini yayıb.

Musavat.com xəbər verir ki, söhbət səmimi tonda keçib, Uşakov Vitkoffu “mənim dostum” adlandırıb və Qəzza üzrə əldə olunan atəşkəs razılaşmasına görə onu tərifləyib.

Danışıqların əsas mövzusu Rusiya–Ukrayna müharibəsi olub. Vitkoff açıq şəkildə bildirib ki, konfliktin çözülməsi “hamını sevindirəcək.” Uşakov gülərək cavab verib: “Hə, sizə cəmi bir problemi həll etmək qalır — Rusiya–Ukrayna müharibəsini”.

Vitkoff isə birbaşa soruşub: “Bunu necə həll edək?”

Kremlə məsləhət: Putinə Trampı tərifləməyi tövsiyə etdi

İfşa edilmiş səs yazısında Vitkoffun Moskva tərəfinə verdiyi siyasi tövsiyələr diqqət çəkir.

O, Kremlə:

Trampı Qəzza razılaşmasına görə təbrik etməyi;

onu “sülh adamı” kimi təqdim etməyi;

ABŞ Prezidentinə hörmət mesajı verməyi

məsləhət görüb. Vitkoff bu addımın “çox uğurlu olacağını” bildirib.

“Trampa dedim ki, Rusiya həmişə sülh istəyib”

ABŞ prezidentinin xüsusi nümayəndəsi söhbətdə deyib ki, öz şəxsi fikirlərini Trampa çatdırıb: “Mən Trampa dedim ki, Rusiya həmişə sülh sazişi istəyib”.

Onun sözlərinə görə, problem “kompromisə gəlməkdə çətinlik çəkən iki ölkədir”.

Vitkoff həmçinin Qəzza üçün hazırlanan 20 maddəlik modelə bənzər bir Ukrayna sülh planının işlənə biləcəyini qeyd edib.

Putin–Tramp danışığının təşkili: gizli koordinasiya

Uşakov telefon danışığının Moskva–Vaşinqton xəttində vəziyyəti “irəli apara biləcəyini” qəbul edib. Vitkoff isə Putinin Trampa:

onu “həqiqi sülh yaradıcı” kimi təqdim etməsini;

mümkün sülh planını müzakirəyə çıxarmasını

məsləhət görüb.

Vitkoff söhbətin sonunda bildirib: “Mən prezident Putinə dərin hörmət bəsləyirəm”.

O, həmçinin “Donetsk və mümkün ərazi mübadiləsi”nin sülh üçün tələb oluna biləcəyini deyib — bu isə Ukraynanın bütün Donetsk bölgəsindən imtina etməsi ehtimalının dilə gətirilməsi deməkdir.

Vitkoff əlavə edib ki, Ukrayna lideri Zelenski bir neçə gün sonra Ağ Evə gələcək və Putin–Tramp telefon danışığının Zelenskinin səfərindən əvvəl baş tutmasının daha məqsədəuyğun olacağını vurğulayıb.

Uşakov bunu “boss” ilə müzakirə edəcəyini söyləyib.

Nəticədə Putin və Tramp arasında telefon danışığı Zelenski ABŞ-a uçarkən həyata keçirilib. Tramp söhbəti “prodüktiv” adlandırıb və Budapeştdə Putinlə görüş planlaşdırdığını açıqlayıb, lakin daha sonra görüş ləğv edilib. 

 

Musavat.com

Seçilən
31
2
musavat.com

3Mənbələr