AZ

"Qarabağ" "Napoli"yə səfərdə məğlub oldu

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda səfərdə "Napoli" (İtaliya) ilə qarşılaşıb.

Far.Az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda reallaşan matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb. Skott Maktominey adını tabloya yazdırıb. 72-ci dəqiqədə isə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsində ikinci məğlubiyyətini alıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv VI turda, dekabrın 10-da Bakıda Niderlandın "Ayaks" kollektivini qəbul edəcək.

***01:25

"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ikinci qol vurulub.

Far.Az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri hesabı arasındakı fərqi artırıblar - 2:0.

72-ci dəqiqədə Ağdam təmsilçisinin heyətində Marko Yankoviç avtoqol müəllifi olub.

***01:25

"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunun oyununda ilk qol vurulub.

Far.Az xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən matçda ev sahibləri hesabı açıblar.

66-cı dəqiqədə Skott Maktominey adını tabloya yazdırıb.

***01:04

UEFA Çempionlar Liqasının əsas mərhələsinin beşinci turu çərçivəsində keçirilən "Napoli" -"Qarabağ" matçında ikinci hissə başlayıb.

Far.Az xəbər verir ki, ilk hissədə qapılara qol vurulmayıb.

***01:00

"Napoli" (İtaliya) və "Qarabağ" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunnun oyununda ilk hissə başa çatıb.

Far.Az-in məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionundakı matçın ilk yarısında hesab açılmayıb.

***00:00

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda turunda "Napoli" və "Qarabağ" komandaları arasında matç başlayıb.

Far.Az-in məlumatına görə, matç "Stadio Diego Armando Maradona" stadionunda keçirilir.

Qarşılaşmanı polşalı hakim Şimon Marçinyak idarə edir. Ona Tomaş Listkieviç və Adam Kupsik kömək edirlər.

Dördüncü hakim funksiyasını Voyçex Mik yerinə yetirir.

Seçilən
36
8
far.az

10Mənbələr