AZ

Çempionlar Liqası: “Napoli” “Qarabağ”a qalib gəlib YENİLƏNİB 5

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu başa çatıb.

AZƏRTAC xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabı 65-ci dəqiqədə Skott MakTominey açıb. 72-ci dəqiqədə isə Marko Yankoviç avtoqol müəllifi olub.

Rəqibin heyətində 56-cı dəqiqədə Rasmus Höylund on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməyib.

Ağdam klubu Çempionlar Liqasında növbəti görüşünü dekabrın 10-da evdə Niderlandın “Ayaks” komandasına qarşı keçirəcək.

Qurban Qurbanovun kollektivi hazırda turnir cədvəlində 7 xalla 16-cı pillədə qərarlaşıb.

01:35

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın 72-ci dəqiqəsində komandamızın heyətində Marko Yankoviç avtoqol müəllifi olub - 2:0.

01:25

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın 65-ci dəqiqəsində rəqibin heyətində Skott MakTominey hesabı açıb - 1:0.

01:01

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda ikinci hissə başlayıb.

AZƏRTAC xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın ilk yarısında hesab açılmayıb - 0:0.

00:47

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda ilk hissə başa çatıb.

AZƏRTAC xəbər verir ki, komandalar “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın fasiləsinə qolsuz heç-heçə ilə yollanıb - 0:0.

00:00

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu start götürüb.

AZƏRTAC xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb.

Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.

Seçilən
35
4
yeniazerbaycan.com

10Mənbələr