AZ

Yaponiyanın baş naziri Takaiti ilə Tramp arasında telefon danışığı olub

Telefon danışığı zamanı tərəflər əsasən Çin ətrafındakı vəziyyəti müzakirə ediblər…

Poliqon xəbər verir ki, Yaponiyanın baş naziri Takaiti və ABŞ prezidenti Donald Tramp arasında baş tutan telefon danışığında Çinlə bağlı artan gərginlik əsas müzakirə mövzusu olub.

Telefon danışığından sonra jurnalistlərə açıqlama verən Takaiti bildirib ki, Tramp ABŞ-Çin münasibətlərinin hazırkı vəziyyəti barədə qısa məlumat verib, lakin təfərrüatları açıqlamayıb. Baş nazir həmçinin vurğulayıb ki, Amerika lideri onu “çox yaxşı dost” adlandırıb və dialoqu davam etdirməyə hazır olduğunu bildirib.

Tokio ilə Pekin arasında diplomatik böhran, Takaidinin Çinin Tayvana mümkün hücumu halında Yaponiyanın hərbi cavab vermə ehtimalını dilə gətirməsindən sonra daha da dərinləşib. Bu açıqlama Çin rəhbərliyinin sərt reaksiyasına səbəb olub. Pekin Yaponiyanı “ciddi nəticələrlə” hədələyib, öz vətəndaşlarına bu ölkəyə səfər etməməyi tövsiyə edib və bir sıra mədəni tədbirləri ləğv edib.

Ekspertlər hesab edirlər ki, Takaidi-Tramp danışıqları həm regional təhlükəsizlik, həm də Tokio-Vaşinqton əməkdaşlığı baxımından mühüm siqnal kimi qiymətləndirilir. Danışığın məzmunu açıqlanmasa da, tərəflərin Çinlə bağlı koordinasiyanı gücləndirməyə çalışdığı ehtimal olunur.

Poliqon.info

Seçilən
46
poliqon.info

1Mənbələr