AZ

Azərbaycanın basketbol millisinin seçmə mərhələ oyunları üçün yekun heyəti açıqlandı

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisinin 2029-cu ildə baş tutacaq Avropa çempionatının seçmə mərhələsinin iki oyunu üçün yekun heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.

Baş məşqçi Tahir Baxşıyev heyətdə Emmanuel Aqbason, Vesli Van Bek, Əkbər Məmmədov , Ulaş Turqut, Elşad Şirzadov, Amil Həmzəyev, Kamran Məmmədov, Ercan Donat, Derin Berkoz, Saadettin Donat, Endər Poladxanlı, Şirzad Şirzadova güvənib.

Qeyd edək ki, Azərbaycan yığması ilk olaraq noyabrın 27-də səfərdə Şimali Makedoniya, üç sonra isə Bakıda Lüksemburq ilə üz-üzə gələcək.

Seçilən
4
fanat.az

1Mənbələr