"Qalatasaray" Çempionlar Liqasında pley-off mərhələsini təmin etmək üçün "Yunion" klubu ilə vacib oyuna çıxıb.

Offsideplus.az xəbər verir ki, Okan Burukun komandası qrupun ilk 4 turunda 9 xal toplamış və 9-cu yerdə qərarlaşmışdı. Bu dəfə isə 3 xala malik Belçika təmsilçisini Rams Parkda qəbul edib.

Gərgin keçən qarşılaşmanı ispaniyalı hakim Xose Sançes idarə edib. Oyunun yeganə qolunu Belçika təmsilçisi vurub və oyun 1:0 hesabı ilə qonaq komandanın xeyrinə yekunlaşıb.

Galatasaray son dəqiqələrdə də itki ilə üzləşib – 89-cu dəqiqədə gənc futbolçu Arda Ünyay birbaşa qırmızı kartla meydandan kənarlaşdırılıb.

Nəticə etibarilə Sarı-qırmızılar 9 xalda qalıb. "Yunion" isə xalını 6-ya yüksəldərək ilk 24-lüyə düşmək şansını artırıb.

"Qalatasaray" bu görüşü qələbə ilə başa vursaydı, digər matçların nəticələrindən asılı olaraq ilk 24-lüyü təmin etmək və pley-off bileti qazanmaq imkanı əldə edəcəkdi.