UEFA Çempionlar Liqasının V turu çərçivəsində "Qalatasaray" öz meydanında "Yunion"la qarşılaşıb.
Apasport.az xəbər verir ki, gərgin keçən matçda sevinən tərəf qonaqlar olub.
Oyun Belçika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Qonaq komandaya qələbə gətirən qolu 57-ci dəqiqədə Promise Akinpelu vurub.
"Sarı-qırmızılılar"ın heyətində Arda Ünyay 89-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılıb.
Bu nəticə ilə 3 oyundan sonra ilk dəfə xal itirən "Qalatasaray" 9 xalda qalıb. "Yunion" isə xallarını 6-ya yüksəldib.
Qeyd edək ki, İstanbul klubu gələn tur səfərdə "Monako" ilə qarşılaşacaq.
Qurban Qurbanov: “Antonio Kontenin heç bir oyunda diqqətsiz olduğunu görməmişəm”
Marko Yankoviç: “Güclü komandalara qarşı oynamağı bacarırıq”
“Napoli”nin futbolçusu: “Qarabağ" keyfiyyətli komandadır”
“FIFA series” turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
DÇ-2026: Türkiyə millisinin rəqibi bəlli oldu - YENİLƏNİB