Vaşinqton, 25 noyabr, AZƏRTAC
Son bir həftə ərzində ABŞ həm Ukraynanı, həm də Rusiyanı danışıqlar masasına gətirməklə sülh sazişi istiqamətində böyük irəliləyiş əldə edib.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ağ Evin sözçüsü Kerolayn Livit deyib.
“Hazırda Ukrayna, Rusiya və ABŞ arasında əlavə danışıqlar tələb edəcək incə, lakin həll oluna bilən bir neçə detal qalıb”, - deyə o bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton