Bakı, 25 noyabr, AZƏRTAC
“Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununa çıxır.
Azərbaycan çempionu liqa mərhələsinin V turunda bu gecə səfərdə İtaliyanın “Napoli” klubi ilə qarşılaşacaq.
Vacib qarşılaşma ilə bağlı AZƏRTAC-ın əməkdaşları arasında sorğu keçirilib. Agentliyin əməkdaşları oyun üçün öz proqnozlarını açıqlayıblar.
Qeyd edək ki, “Dieqo Armando Maradona” stadionunda keçiriləcək “Napoli”–“Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.