2-ci Liqanın 10-cu turunda "Dinamo"nun qonağı olan "Şəki Siti" klubdakı ciddi maliyyə problemlərinə rəğmən, 5:0 hesablı qələbə qazandı. Qonaqların baş məşqçisi Elvin Həsənov darmadağının ardından fikirlərini Fanat.Az-a bölüşdü:
"Demək olar ki, həftə ərzində məşq etməmişdik. Yalnız oyunöncəsi çalışmalar baş utudu. Sözümüzü bir yerə qoyub meydana çıxdıq. Rəqib daha gənclərdən ibarət, meydanda çox hərəkət edən komandadır. Qarşı tərəfi lazımi şəkildə təhlil etmişdik. Oyunumuzu rəqibin üstün və zəif cəhətlərinə uyğun qurmuşduq. Bildiyiniz kimi, "Dinamo" yuxarı pillələrdə qərarlaşan bir çox komandalara başağrı olub. Görünən budur ki, özümüzdə güc tapıb qələbə qazanmağı bacardıq. İlk dəqiqələrdən öndə oynamağı planlaşdırırdıq ki, bu istəyimizi də həyata keçirərək qələbəyə nail olduq. Hədəfimiz çempionluqdur. Başqa məqsədimiz ola bilməz. Bir gün istirahət edəndən sonra növbəti matçımıza, əsas rəqiblərimizdən olan "Quba" ilə ev oyununa hazırlaşacağıq".
Nihat