AZ

İran rəsmisi: Tehrandakı hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlanır

İran rəsmisi: Tehrandakı hava çirkliliyinin 22 faizi motosikletlərdən qaynaqlanır

İranın paytaxtı Tehranda hava çirkliliyinin 22 faizinin motosikletlərdən qaynaqlandığı bildirilib.

İranın rəsmi xəbər agentliyi IRNA-ya görə, Tehran Bələdiyyə Məclisi Sədri Mehdi Çemran bələdiyyə məclisi iclasında çıxış edib.

Çemran bildirib ki, Tehrandakı hava çirkliliyinin 22 faizi motosikletlərlə bağlıdır. O qeyd edib ki, motosikletlərin elektrikləşdirilməsi çirkliliyin azaldılması və təhlükəsizliyin artırılması baxımından təsirli olacaq.

Xatırladaq ki, İran Daxili İşlər Nazirliyinin Baş İdarəsi, Yol Hərəkəti Koordinasiya Şöbəsinin müavini Məhəmməd Bəkir Səlimi apreldə verdiyi açıqlamada paytaxt Tehranda 4 milyondan çox motosiklet olduğunu, bunların 92 faizinin köhnə model və çoxunun isə yol hərəkəti qeydiyyatının olmadığını bildirib.

Qeyd edək ki, hava çirkliliyi səbəbindən Tehrandakı məktəblərdə bu gün və sabah məsafədən təhsil veriləcəyi elan olunub.

Seçilən
3
afn.az

1Mənbələr