“Komo”nun yarımmüdafiəçisi Nikolas Pas “Real”a qayıtmağa razılıq verib.
İdmanxeber.az xəbər verir ki, argentinalı futbolçunun geri dönüşü yanvarda mümkün olmayacaq. “Real”ın Pasla bağlı geri alma maddəsi yalnız yay transfer pəncərəsində aktivdir və keçid iyunda rəsmiləşəcək.
21 yaşlı yarımmüdafiəçi bu mövsüm “Komo”da 12 oyunda 5 qol və 4 assistlə çıxış edib.