AZ

Maliyyə Nazirliyi məhkəməyə verildi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gümrü şəhərinin həbsdə olan meri Vardan Qukasyan Ermənistan parlamentinin sədri Ruben Rubinyana və ölkənin Maliyyə Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Datalex” məhkəmə məlumat portalında bildirilib.

Qukasyan Rubinyandan böhtan hesab etdiyi məlumatı açıq şəkildə təkzib etməsini və 500 min dram (təxminən 1300 dollar) məbləğində təzminat tələb edir.

Bundan əlavə, Qukasyan hesab edir ki, onun ədalətli məhkəmə araşdırması hüququ (təqsirsizlik prezumpsiyası) pozulub.

Bununla bağlı o, Ermənistan Respublikasından əlavə 500 min dram kompensasiya tələb edir.

Qeyd edək ki, Rubinyan əvvəllər sosial media da daxil olmaqla, bir neçə dəfə Qukasyanı açıq şəkildə “rüşvətxor” adlandırıb.Xatırladaq ki, Vardan Qukasyan Cinayət Məcəlləsinin “Rüşvət alma” maddəsi ilə ittiham olunursa da günahını etiraf etmir.

Müdafiə tərəfinin sözlərinə görə, ittiham aktında yer alan hadisələrin demək olar ki, hamısı Qukasyanın mer olmadığı 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər olan dövrə aiddir.

İstintaq Komitəsi daha sonra Rusiya ilə ittifaqın yaradılması zərurəti ilə bağlı açıqlamalarına görə Qukasyana qarşı yeni cinayət işi açıb və onları Cinayət Məcəlləsinin “Ermənistan Respublikasının suverenliyindən imtina etməyə açıq çağırış” maddəsi ilə tövsif edib.

Müşfiq Abdulla

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
cebheinfo.az

2Mənbələr