AZ

Azərbaycanlı iş adamının aktivləri müsadirə edilib Dəniz limanı, terminal, şirkətlər dövlətə keçib

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Rusiyanın Krasnodar diyarında arbitraj məhkəməsi, həbs edilmiş azərbaycanlı biznesmenin aktivlərini, o cümlədən Tuapse dəniz limanını milliləşdirib. 

"AzPolitika" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, məhkəmə Şahlar Novruzovun aktivlərini dövlətin xeyrinə keçirib.

Milliləşdirilən aktivlər arasında "Tuapse Dəniz Kommersiya Limanı" MMC-nin (TMKP) nizamnamə kapitalındakı 100% pay, "TMKP Müəssisəsi", Temryuk dəniz yükləmə terminalı və "Dar Frut" şirkətinə məxsus obyektlər yer alır.

İstintaqın versiyasına görə, Tuapse limanı ərazisindəki körpü və bir neçə bina 1994-cü ildən qanunsuz sövdələşmələr nəticəsində Novruzovun və digər cavabdeh şəxslərin nəzarətinə keçib. Onlar arasında "İnjtransstroy" korporasiyasının meneceri Oleq Basin və Britaniyanın Vircin adalarında qeydiyyatdan keçmiş "Vonixel Limited" şirkətinin rəhbərləri də yer alır.

"Tuapse Dəniz Kommersiya Limanı" MMC  və "TMKP Müəssisəsi" əsasən Türkiyədən gətirilən meyvə-tərəvəz məhsullarını konteynerlərlə qəbul etməklə məşğuldur.

Şahlar Novruzov Krasnodarda "Köhnə Bakı" restoranının, TMKP-nin, "Dar Frut" şirkətinin və "Podqornı" kənd təsərrüfatı kooperativinin sahibidir. O, həmçinin "Kubanprodukt" MMC-nin keçmiş baş direktorudur. 

Hazırda bu şirkət onun qardaşı Ramin Novruzova məxsusdur. 2024-cü ildə biznesmenin bütün şirkətlərinin ümumi gəliri təxminən 279 milyon rubl (3.5 milyon ABŞ dolları) təşkil edib.

Novruzov sentyabrın əvvəlində xüsusilə irimiqyaslı dələduzluq işi üzrə həbs edilib.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
76
azpolitika.info

1Mənbələr