ain.az, 525.az portalına istinadən məlumat yayır.
Cənubi Koreyada ilin əvvəlindən Afrika donuz taununun (ASF) altıncı halı aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən də hökumət ölkə miqyasında karantin tədbirlərini artırmaq qərarına gəlib.
“Yonhap” xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Mərkəzi Fəlakətlərin İdarə Edilməsi Mərkəzi (CDMH) Cənubi Çunqçeonq əyalətinin Dangcin rayonunda Afrika donuz taununun aşkarlandığını açıqladıqdan sonra karantin elan edilib.
Bu fermadan və sahibi tərəfindən idarə olunan digər fermalardan 1423 donuzun məhv edilib, ölkə miqyasında donuz fermaları və əlaqəli obyektlər üçün 48 saatlıq bağlanma əmri verilib.
Cənubi Koreya Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi açıqlamasında deyib: “Bu il qeydə alınan beş yoluxma halının hamısı Gyeonggi əyalətinin şimal hissəsində qeydə alınıb, lakin sonuncu yoluxma halı ölkədə ən böyük donuz yetişdirmə potensialına malik Cənubi Çunqçeonq əyalətində aşkarlanıb. Bu, vəziyyəti daha da ciddiləşdirir və ölkə miqyasında yayılma riskini artırır”.
Qeyd edək ki, Afrika donuz qızdırması insanlara ötürülməyən, lakin donuzlar arasında yüksək yoluxucu və ölümcül olan virus xəstəliyidir.
İbrahim Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.