AZ

Kiberpolis qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstəni ifşa etdi

 

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir.

Kiberpolisin keçirdiyi növbəti əməliyyatlar zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən Siyasət Rəcəbov, tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, adları sadalanan şəxslər müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi "fastloto.com" və "chcplay.net" internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradıb həmin səhifələrdə olan qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurublar.

Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə açdıqları "Batumi Kazino", "Priz Kazino" və s. səhifələr vasitəsi ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.

Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.

 


Telegram kanalımız
Seçilən
105
49
yenisabah.az

10Mənbələr