Azərbaycan II Liqasında X tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, üç günü əhatə edən turun son günündə 2 oyun keçirilib.
"Şəki Siti" Bakıda "Dinamo"nu darmadağın edib. Bölgə təmsilçisinin heyətində dublla yadda qalan Cavid İmamverdiyev 14 qolla bombardir yarışında vahid lider olub.
Turun bağlanış matçında "Xankəndi" "Kür-Araz"la münasibətlərinə aydınlıq gətirib. İbrahim Uzuncanın baş məşqçisi olduğu Qarabağ təmsilçisi 9 qolun qeydə alındığı görüşdə böyük hesabla qalib gələrək "Qaradağ Lökbatan"ı 2-ci yerə sıxışdırıb və zirvəni yenidən ələ keçirib.
Qeyd edək ki, turun digər oyunlarında "Quba" "Ağstafa Gəncləri"ni 4:2, “Şəmkir” “Göygöl”ü 2:1, “Qaradağ Lökbatan” “Şirvan”ı 5:0, “Araz Saatlı” isə “Ağdaş”ı 3:1 hesabı ilə məğlub edib.
Azərbaycan II Liqası
X tur
25 noyabr
“Dinamo” – “Şəki Siti” 0:5
Qollar: C.İmamverdiyev, 29; 45+1. N.Fərəci, 30. T.Əmircanov, 45. N.Novruzov, 66.
“Kür-Araz” – “Xankəndi” 2:7
Qollar: E.Məmmədov, 54-pen. B.Əliyev, 63 - T.Qurbatov, 12; 43. M.Teymurov, 43; 64; 65. S.Ağayev, 47; 48.