Yəqin Avropa ölkələrində olanlar çox sayda stasionar və səyyar radarın olduğunu, əhalinin təhlüekəsizlik kəmərindən müntəzəm istifadə etdiyini görüblər. Lakin, Avropanın hər yeri eyni deyil.
Avtosfer.az xəbər verir ki, cəmi 2 kvadratkiometr sahəsi olan Monako Knyazlığında səyyar radar yoxdur. Ölkədə sürət limiti 50 km/saatdır.
Elə buna görə də hökumət təhlükəsizlik kəmərinə lüzum görmür. Ondan istifadə sürücü və sərnişinin öz ixtiyarına buraxılıb. Knyazlıq rəsmiləri deyirlər ki, əksər hallarda sürət saatda 30 kilometri keçmir. Buna görə də kəmərsiz keçinmək mümkündür.
Vüqar