AZ

Makron Ukrayna ordusunun sayının azaldılmasına qarşı çıxıb  

Fransa Prezidenti Emmanuel Makron Ukrayna ordusunun sayı ilə bağlı istənilən məhdudiyyətə qarşıdır.

AZƏRTAC xəbər verir ki, Emmanuel Makron RTL radiosunun efirində Ukraynanın ordusunun sayı ilə bağlı məhdudiyyətlərə ehtiyacın olmadığını deyib. “Təhlükəsizliyin əsas təminatı Ukrayna ordusunun regenerasiyasıdır. Ukraynanın müdafiəsi üçün lazım olan ilk amil onun öz ordusudur. Son günlər Cenevrədə bütün müzakirələr Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasına yönəlib”, - deyə dövlət başçısı bildirib.

Prezidentin sözlərinə görə, Rusiya Ukrayna ordusunun ixtisar edilməsinə çalışır: “Bu, Moskvanın hələ 2022-ci ilin yazında İstanbul danışıqlarında, Ukrayna ordusunun sayının 50-60 min nəfərlə məhdudlaşdırılmalı olduğunda israr edərkən aydın görünürdü”, - deyə Fransa lideri vurğulayıb.

Qərb mediasının yazdığına görə, ABŞ planının ilkin variantında Kiyevin NATO-ya üzvlükdən imtinası, ABŞ və digər ölkələr tərəfindən Rusiyanın Krım və Donbas üzərində suverenliyinin tanınması, Ukrayna qüvvələrinin Donetskdən çıxarılması, rus dilinin ölkədə rəsmi statusu tələb olunurdu.

Seçilən
7
4
azerbaijan-news.az

5Mənbələr