AZ

Samirə Əfəndinin qucaqladığı erməninin dosyesindəki QARABAĞ İZİ – 2019-cu ildə

Astanada keçirilən beynəlxalq müsabiqənin finalında Azərbaycan təmsilçisi Samirə Əfəndinin Ermənistan nümayəndəsinə 12 bal verməsi, ardınca isə onu qucaqlaması etirazlara səbəb olub.

KONKRET.az savashmedia-ya istinadən xəbər verir ki, Samirə əfəndinin qucaq açdığı erməni ifaçı Saro Gevorqyanla bağlı yeni faktlar üzə çıxıb. Əldə etdiyimiz məlumata görə, Saro Gevorqyan Ermənistan vətəndaşı olmasına baxmayaraq, hərbi xidmətini o vaxt işğal altında olan Qarabağ torpaqlarında çəkib.

Belə ki, Saro Gevorqyan 2019-cu ildə Qarabağda hərbi xidmətdə olub. Xatırladaq ki, Saro Gevorgyan 23 dekabr 1998-ci ildə Ermənistan Respublikasının Geqarkunik vilayətində anadan olub. Pop musiqisi ilə məşğul olan Saro Gevorgyan Yerevan Dövlət Mədəniyyət və İncəsənət Kollecinin məzunudur.

Seçilən
42
1
konkret.az

2Mənbələr