Bakı. Trend:
Ötən gün Bakı TDT-yə üzv ölkələrin QHT-lərinin həmrəylikforumuna ev sahibliyi edib.
Trend xəbərverir ki, forum işini noyabrın 25-də Naxçıvan şəhərində davametdirir.
Forum iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər ƏliyevinNaxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələridüzüblər.
Forum çərçivəsində rəsmi çıxışlar olacaq, TDT-yə üzv ölkələrinQHT-lərinin Platforması təsis ediləcək, “WUF13-ə doğru - Türkdünyasında ilk” mövzusunda panel müzakirə keçiriləcək.
Qeyd edək ki, TDT-yə üzv ölkələrin QHT-lərinin Platformasınarəhbərliyi Azərbaycan edəcək və 8 ölkənin QHT-lərinibirləşdirəcək.