AZ

Vladislav Qədirov: Neftçi də komanda oyunu görmədim .

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Neftçi"nin veteran futbolçusu Vladislav Qədirov komandanın hazırkı durumu haqqında danışıb. Keçmiş yarımmüdafiəçi bu barədə Sport24.az-a açıqlama verib.O, "ağ-qaralar"ın baş məşqçi Samir Abasovu istefaya göndərməsinə də münasibət bildirib:"İmişli"yə məğlub olduqları matçda (2:3) orada idim. 55 illik yubileyim münasibəti ilə təbrik etmişdilər. Oyuna da baxdım. Komanda "Qarabağ"a uduzanda məndə bir az ümid var idi. Həmin vaxt pis oynamadılar. Amma etiraf etmək lazımdır ki, "Qarabağ" çox güclüdür. Vensan Abubakarın gəlişindən sonra kollektiv bir az ruhlanmışdı, potensialı da artdı. Son oyunda isə "İmişli" çox xoşuma gəldi. "Neftçi"də isə komanda oyunu görmədim". Veteran oyunçu "Neftçi"də komanda oyununun görünmədiyini söyləyib:"Son matçda hamı fərdi oyuna üstünlük verirdi. Komanda futbolu görsənmirdi. Kollektiv və baş məşqçi nə istiyirdi, bilinmirdi. Baş məşqçinin işini görmədim. Amma "İmişli"də hər şey alınırdı və baş məşqçinin işi göz önündə idi. "Neftçi" fərdi oynayan yaxşı oyunçular var, amma komanda oyunun hiss edə bilmirsən. Artıq yeni baş məşqçi gələcək. Amma komanda xallar itirir axı. Belə olan halda isə istefa qaçılmazdır. Mətbuat konfranslarında deyirlər ki, komanda düzələcək, vaxt lazımdır. Onların da arqumentlərini də başa düşürəm. Amma rəhbərlik nə lazımdır edib. Keçən mövsümdən vaxt veriblər. Hansı futbolçuları istəyibsə, gətiriblər. "İmişli"nin baş məşqçisi gələndə mən və digərləri gülürdük. Amma hamını təəccübləndirdilər. Öz büdcələrinə görə çox yaxşıdırlar. "Neftçi" elə klubdur ki, belə komandalara uduzmamalıdır".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
sport24.az

1Mənbələr