Sherg.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Nəymiş bizi mühakimə edəcəklərmiş, nəymiş bizdən hesab soracaqlarmış, nəymiş qanunlara görə cinayət edirmişik. Siz ancaq öz alçaqlığınızı mühakimə edərsiniz"
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Milli Dayanışma, Qardaşlıq və Demokratiya Komissiyasının İmralı ziyarətini tarixi bir hadisə adlandırıb.
Sherg.az xəbər verir ki, “Terrorsuz Türkiyə” prosesində gözlənilən görüş dünən baş tutub.
Komissiyanın qərarı əsasında formalaşdırılan 3 nəfərlik heyət İmralı adasına gedib.
PKK terror təşkilatının başçısı Abdullah Öcalanla keçirilən görüşdə Suriyada YPG-nin Şam rəhbərliyi ilə inteqrasiyasını nəzərdə tutan 10 Mart Mutabakatı da müzakirə olunub. Deputatlardan ibarət heyət sabah komissiyaya görüşlə bağlı məlumat verəcək.
Mövzu, bu gün MHP sədrinin TBMM Qrup Toplantısında etdiyi çıxışda da gündəmdə olub. Baxçalı, İmralının “Terrorsuz Türkiyə” prosesinin ən mühüm tərəflərindən biri olduğunu söyləyib.
“Hansı tərəfdən baxsanız, ölkəmizin və millətimizin tarixi bir mərhələdə olduğunu görmək mümkündür. “Terrorsuz Türkiyə” hədəfinin ən ciddi tərəflərindən biri İmralıdır. MHP, AK Parti və DEM Partidən ibarət deputatların adaya getməsi tarixi hadisədir” deyən Baxçalı, heç bir uğurun zəhmətsiz əldə edilmədiyini bildirib.
MHP lideri əlavə edib: “CHP və komissiyada təmsil olunan digər partiyalar İmralıya getməkdən imtina ediblər, qoy etsinlər, heç bir problem deyil. Problemlərə başqa paytaxtlardan baxan, niyyətində uğursuz və şübhəli olan siyasi müxalifətin nə etdiyinə baxmırıq. Onlardan mədət umsaydıq, “Terrorsuz Türkiyə” hədəfini izləmək mümkün olmazdı.”
Baxçalı sözlərinə davam edib: “Qəlbimizlə Terrorsuz Türkiyənin yanındayıq. Türk və kürd olaraq tək səslə, tək nəfəs olacağıq. Biz insanları kökə, mənşəyə görə ayırmırıq. Bölmürük, parçalamırıq, dağıtmırıq. Bayrağa hörmət varmı, ona baxırıq. Millətə hürmət varmı, ona baxırıq.”
Dövlət Baxçalı deyib: “Qorxanlar ancaq həyatı seyr edər, biz isə seyirçi deyilik. Terrorsuz Türkiyə hədəfinə qarşı cəbhə açan siyasət oyunbazlarının haysiyyətlərindəki çatışmazlığı görürük.”
MHP lideri daha sonar bildirib:
“Bu an yeni gələcəyə açılan qapıdır. Barış və hüzur dövrünün ölkə daxilində güclənməsindən narahat olurlar. İstəyirlər ki, bir-birimizə küsdürək. Deyirlər ki, “Analarımız ağlasın, necə olsa ağlayanlar bizdən deyil”. Heç kim şəhidlərimiz üzərindən istismar yaratmağa cəhd etməsin.”
“Türk millətinin azad və şərəfli yaşaması üçün torpağa qovuşan qəhrəmanlarımıza minnətdarıq; heç kim bizim bu minnətdarlıq duyğumuzla ölçüşməyə qalxmasın. Terrorsuz Türkiyə Türk millətinin və Türk dövlətinin qətiyyətli qərarıdır.”
Baxçalı sözlərini belə tamamlayıb:
“Nəymiş bizi mühakimə edəcəklərmiş, nəymiş bizdən hesab soracaqlarmış, nəymiş qanunlara görə cinayət edirmişik. Siz ancaq öz alçaqlığınızı mühakimə edərsiniz. Açıq və cəsarətlə deyirəm: yetər ki, Türkiyə və Türk milləti barış və hüzur tapsın, yetər ki, terror tamamilə həyatımızdan silinsin, bizim sonumuz da qoy dar ağacı olsun.”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.