AZ

Ən seksual aktyor ilin ən çox qazananı oldu: Kassaları fəth edir

Conatan Beyli inamla kassaları fəth edir.

Publika.az xəbər verir ki, bu yaxınlarda “People” nəşri tərəfindən “Yaşayan Ən Seksual Kişi” seçilən 37 yaşlı aktyor “Wicked: For Good” filminin uğurundan sonra ilin ən çox gəlir gətirən aktyoru olub.

Film ilk həftəsonunda Şimali Amerikada 150 milyon dollar, dünya üzrə isə 226 milyon dollar gəlir əldə edib.

Beylinin 2025-ci ildə buraxılan “Jurassic World: Rebirth” (“Yura dövrünün dünyası: Yenidən doğuş”) filmi isə dünya üzrə ilin dördüncü ən çox gəlir gətirən filmi olub və aktyoru zirvəyə yüksəldib. “Yenidən doğuş” iyul ayında buraxıldıqdan sonra ölkə daxilində 339,6 milyon dollar, dünya üzrə isə 868,8 milyon dollar qazandırıb.

Qeyd olunur ki, Beylin 2025-ci ildə ekranlara çıxan yeganə filmlər məhz “Wicked: For Good” və “Jurassic World: Rebirth”dir.

Seçilən
20
1
publika.az

2Mənbələr