“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Türk dünyası QHT-lərinin Bakıda və Naxçıvanda keçirilən forumunda müzakirə olunan əsas təşəbbüslər barədə QHT.az-a məlumat verib.
Onun sözlərinə görə, forum üzv ölkələrin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın yeni mərhələsini formalaşdıran qərarlarla yadda qalıb.
1. Türk Dövlətləri QHT Platformasının yaradılması
Forumda əsas müzakirələrdən biri üzv ölkələrin QHT-lərini vahid şətir altında birləşdirəcək Türk Dövlətləri QHT Platformasının təsis edilməsi olub. Bu platforma gələcəkdə əməkdaşlığın institusional formaya salınması, vahid fəaliyyət mexanizmlərinin qurulması və ortaq təşəbbüslərin koordinasiyası üçün baza rolunu oynayacaq.
2. Zəngəzur dəhlizinin açılması fonunda QHT-lərin yeni regional təşəbbüsləri
“Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü” panelində QHT-lərin bu yeni geostrateji şəraitdən necə yararlanacağı, humanitar, iqtisadi və mədəni layihələrin koordinasiyası, eləcə də sərhədlərarası əməkdaşlıq formatları müzakirə edilib.
3. İkitərəfli QHT əməkdaşlıq modellərinin davam etdirilməsi
Əvvəlki illərdə Azərbaycan–Türkiyə, Azərbaycan–Özbəkistan və Özbəkistan–Azərbaycan forumlarının uğurlu təcrübəsi nəzərə alınaraq Azərbaycan–Qazaxıstan QHT Forumu yeni əməkdaşlıq istiqamətlərinin müəyyən olunması, təcrübə və bilik mübadiləsinin genişləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilib.
Ardı var...