AZ

Naxçıvanda fermerlərə səyyar xidmət göstərilir


Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi fermerlərin əkin bəyanı prosesini sürətləndirmək və asanlaşdırmaq məqsədilə bölgələrdə səyyar xidmət həyata keçirir. Nazirliyin səyyar qrupları rayon və kəndlərdə fermerlərlə görüşərək əkin sahələrinin bəyan olunması, subsidiya qaydaları və Elektron Kənd Təsərrüfatı Sistemi barədə məlumat verir, həmçinin əkinlərin bəyan edilməsi ilə bağlı texniki dəstək göstərirlər.

Naxçıvan Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fariz Şıxəliyev mətbuata açıqlamasında bildirib ki, səyyar xidmət fermerlərə həm vaxt qazandırır, həm də bəyanetmə zamanı yarana biləcək gecikmələrin qarşısını alır. Məqsəd hər bir fermerin dövlət dəstəyi tədbirlərindən problemsiz və tam şəkildə yararlanmasını təmin etməkdir.

Mətləb

Seçilən
13
4
baki-xeber.com

8Mənbələr