Aktual.az xəbər verir ki, bunu Yeni Zelandiyanın təbiəti mühafizə naziri Tama Potaka deyib.
"Hökumət tərəfindən vəhşi pişikləri öldürmək üçün nəzərdən keçirilən variantlara zəhərlənmiş kolbasa yemləri və heyvan keçərkən ağacdakı cihazdan püskürdülən xüsusi zəhər növü daxildir. Bəzi ərazilərdə vəhşi pişiklər artıq məhv edilir, lakin indi genişmiqyaslı məhv proqramları tətbiq olunacaq”, - o bildirib.
Qeyd edək ki, hazırda ölkədə 2,5 milyondan çox vəhşi pişik var.