AZ

Qazaxıstan Azərbaycandan iki gəmi almağı planlaşdırır

Astana. Trend:

Qazaxıstan Xəzər dənizi ilə konteyner daşımalarınıgenişləndirmək üçün Azərbaycandan 700 konteyner tutumuna malik 2gəmi almağı planlaşdırır.

Trend Qazaxıstanhökumətinə istinadən xəbər verir ki, bunu hökumətin iclasındaölkənin nəqliyyat naziri Nurlan Sauranbayev bildirib.

“Kurık limanında “Sarja” adlı çoxfunksiyalı terminalın tikintisilayihəsi həyata keçirilir. Xəzər dənizi vasitəsilə konteynerdaşımalarının artırılması üçün 2027-ci ilə qədər Azərbaycandan 700konteyner tutumlu iki gəminin alınması planlaşdırılır. Həmçininlimanlara gedən dəmir yolu xəttinin buraxıcılıq qabiliyyətininartırılması istiqamətində iş aparılır. Bu layihələrin həyatakeçirilməsi Aktau və Kurık limanlarının buraxıcılıq qabiliyyətini30 milyon tona çatdırmağa imkan verəcək”, – deyə Sauranbayev qeydedib.

O, həmçinin vurğulayıb ki, ilin sonuna kimi Aktau limanında Çinşirkəti Lianyunqanq ilə birgə konteyner qovşağının birincimərhələsinin tikintisi başa çatdırılacaq.

“Ümumilikdə layihənin icrası çərçivəsində konteyner qovşağınıngücü ildə 200 min TEU-ya qədər artırılacaq. Bundan əlavə, Aktaulimanında liman akvatoriyasının dərinləşdirilməsi və körpülərinmodernləşdirilməsi layihələri həyata keçirilir”, – deyə Sauranbayevbildirib.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr